“Sənə sevgimi nə il, nə də zaman dəyişdirəcək”

12 Sentyabr 2019 11:49

Müğənni Zenfira İbrahimova eyni gündə dünyaya gələn qızı Dəniz və həyat yoldaşı Anar Heydərov barədə paylaşım edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində fotolardan ibarət video-rolik yayaraq onları təbrik edib.

"Ailə müqəddəs və gözəldir. Bunu qorumaq hər kəsə nəsib olmur. Məni analıq adına ucaldan qızım, yaxşı ki, varımsan. Bəzən elə hisslər olur ki, sözlə ifadə edə bilmirsən. Sən mənim döyünən ürəyimsən", - Zema qızı barədə fikirlərini bölüşüb.

Sənətçi daha sonra həyat yoldaşına müraciət edərək onu çox sevdiyini qeyd edib: "Anar Heydərov, səninlə acılı, əziyyətli günlərimiz olub. Ancaq əl-ələ verib bütün çətinlikləri keçdik. Sən yaxşı ata, həyat yoldaşısan. Bunun üçün hər zaman var ol. Səni sevirəm, bu sevgimi nə illər, nə də zaman dəyişdirəcək. Xoşbəxtəm ki, mənim ailəmsiz. Allah sizi mənə çox görməsin".

Qeyd edək ki, cütlüyün bu nikahdan bir qız və bir oğlan övladı var.

Milli.Az