Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min nəfər qazsız qaldı

12 Sentyabr 2019 11:45

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib.

Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.

Milli.Az