Şimali Kiprdə hərbi hissədə güclü partlayış olub - YENİLƏNİB - VİDEO

12 Sentyabr 2019 12:31

12:31

Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhərində yerləşən hərbi hissədə partlayış baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, olay gecə saatlarında meydana gəlib.

ŞKTC-nin Daxili işlər naziri Qüdrət Özərzay hadisə ilə bağlı açıqlama verib. Nazir bildirib ki, hərbi hissənin silah anbarında naməlum səbəblərdən partlayış olub, daha sonra yanğın meydana gəlib.

Hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunub.

Olayın səbəbləri araşdırılır. Zərərçəkənlərin olub-olmadığı barədə məlumat yoxdur.

----------
11:08

Şimali Kiprdə güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış Qirne şəhərində hərbi hissələrin birində qeydə alınıb.

Partlayışa səbəb hərbi hissədə başlayan yanğın olub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi isə hələ məlum deyil.

Faktla bağlı araşdırma başlayıb.

Milli.Az