Mbappe “Real"a qarşı oynamayacaq

12 Sentyabr 2019 10:23

PSJ Çempionlar Liqasının ilk turundan öncə ciddi itki ilə üzləşib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Paris klubu Kilian Mbappenin xidmətindən məhrum olub. Fransalı hücumçu "Real"la oyunda iştirak etməyəcək.

Bu barədə "Le Parisien" kluba yaxın mənbəyə istinadən xəbər yayıb. Mənbə bildirir ki, 20 yaşlı futbolçu yüngül məşqlərə başlasa da, meydana buraxılmayacaq. Mbappe Fransa çempionatında "Strasburq"la, ÇL-da isə "Real"la görüşə çıxa bilməyəcək.

Milli.Az