“Barselona” rəsmisi Neymar haqda: “Səhv qərar verdiyini özü də bilir”

12 Sentyabr 2019 09:20

"Barselona" klubunun direktoru Xavyer Bordas PSJ-nin futbolçusu Neymar haqda açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İspaniyanın "Marca" nəşrinə danışan Bordas, Neymarın "Barselona"ya mümkün qayıdışı ilə bağlı bunları deyib:

"Neymar nə zaman "Barselona"ya qayıtmaq istəsə, əlimizdən gələni edəcəyik. Neymar xüsusi biri və möhtəşəm futbolçudur. Parisə uyğunlaşa bilmədi. PSJ-yə getməklə səhv qərar verdiyini özü də bilir".

"Barselona" Neymarı bu yay PSJ-dən transfer etmək istəsə də, tərəflər braziliyalının transfer məbləğində ortaq məxrəcə gələ bilməmişdi.

Milli.Az