Sumqayıtda avtomobil təmiri sexi yanıb

12 Sentyabr 2019 08:58

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin içərisində elektrik sayğacı, 5 p.m elektrik kabeli və avtomobil mühərriki yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 30 m² sahədə əriyib və içərisində "Mercedes" markalı minik avtomobilinin qapısı deformasiyaya uğrayıb.

Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az