İndoneziyada iğtişaşlardan sonra 29 nəfər tutulub

12 Sentyabr 2019 08:08

İndoneziya polisi şərqdə kütləvi iğtişaşlarda şübhəli bilinən 29 nəfəri saxlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Antara" agentliyi polis rəisi Qerri Rudolfa Naxakanın sözlərinə istinadən bildirib.

Məlumata əsasən, saxlanılan şəxslər vandalizm, yanğın törətməkdə və soyğunçuluqda şübhəli bilinir. Q.R.Naxakanın sözlərinə görə, əməliyyat bölgənin üç şəhərində keçirilib.

O əlavə edib ki, daha 12 nəfər axtarışdadır.

Milli.Az