Xaçmazda ikimərtəbəli ev yanıb

12 Sentyabr 2019 08:53

Xaçmaz rayonunda yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xaçmaz rayonunun Hacıəlibəy kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az