Malinin şimalında silhalılar tərəfindən hərbçi öldürülüb

12 Sentyabr 2019 08:33

Mali hökumətinin ordusunun ən azı bir üzvü öldürüldü, daha 7 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "France Presse" agentliyi bildirib.

Məlumata əsasən, ölkə ordusu Timbuktu bölgəsində silahlı yaraqlılar tərəfindən qurulmuş pusquya düşüblər.

Hücum zamanı silahlılar əldəqayırma partlayıcı qurğu və odlu silahdan istifadə ediblər.

Qundam rayonuna əlavə qüvvə göndərilib. Yaralı əsgərlər Timbuktu şəhərindəki ordu xəstəxanasına aparılıb.

Milli.Az