Türkiyədə yol qəzasında 10-dan çox insan yaralanıb

12 Sentyabr 2019 08:23

Türkiyənin Muğla vilayətində bir sərnişin mikroavtobusu maşınla toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 14 nəfər yaralanıb. Hadisə Fəthiyə rayonunda baş verib.

Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürmə briqadası, polis və jandarma əməkdaşları gəlib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisənin istintaqı davam edir.

Milli.Az