Evra "Mançester Yunayted"ə qayıtdı

12 Sentyabr 2019 07:55

Patris Evra sabiq klubu "Mançester Yunayted"ə qayıdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, iyul ayında 38 yaşında futbolçu karyerasını başa vuran fransız İngiltərə təmsilçisinin gənclər komandasının baş məşqçisi Nil Rayana kömək edəcək. "MY" öz növbəsində Evraya məşqçi lisenziyasını almağa köməklik  göstərəcək.

Qeyd edək ki, P.Evra 2006-2014-cü illərdə İngiltərə klubunda oynayıb.

Milli.Az