UEFA yeni turnirinə bu adı qoydu

12 Sentyabr 2019 07:15

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turniri "Konfrans Liqası" adlandırılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Turnirin 2021/2022 mövsümündə başlaya biləcəyi vurğulanıb. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatı ilə  (32 komanda, 8 qrup) oxşar olacağı gözlənilir. Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Milli.Az