Qurani-kərimdən Əhli-beytlə bağlı ayələrin çıxarılması haqqında fikirlər doğrudurmu?

18 Sentyabr 2019 22:45

Bu barədə bəzi qeyri-mötəbər hədis və rəvayətlər vardır. Bu rəvayətlərdə guya üçüncü xəlifə Osmanın zamanında Qurani-kərim toplanarkən, Əhli-beyt və konkret olaraq Həzrət Əli (ə) ilə bağlı bəzi ayələrin və hətta bütöv surələrin Qurandan çıxarılması bildirilir. Lakin bu cür məlumatlar müsəlman alimlərinin çoxu tərəfindən qəbul edilmir. Şiə dünyasının böyük əksəriyyəti Quranın təhrif olmadığını qəbul edir və Qiyamətə kimi hər hansı təhrifin mümkün olmayacağına inanır. Bunun ən mühüm sübutu Qurani-kərimin öz ayəsidir: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" (Hicr surəsi, 9-cu ayə).

Milli.Az