Zəlzələdən sonra qılınan ayat namazının niyyəti necə edilir: əda yoxsa qəza?

18 Sentyabr 2019 23:45

Ümmiyyətlə, ayat namazını həmin təbiət hadisəsi baş verən zaman qılmaq lazımdır. Kimsə bunu bilərəkdən qılmasa və hadisənin qurtarmasını gözləsə, günah etmiş olur. Amma şiddətli zəlzələ zamanı insanlar adətən özlərini xilas etməklə məşğul olurlar və stresdən ayılıb özlərinə gələndə adətən zəlzələ qurtarmış olur. Buna görə də çox zaman zəlzələyə görə ayat namazını zəlzələdən sonra qılırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu zaman namazın hansı niyyətlə qılınması barədə müctəhidlərin görüşləri bir qədər fərqlidir. Bəzi müctəhidlər (məsələn, mərhum Ayətullahül-üzma Lənkərani) zəlzələdən sonra da ayat namazının qəza niyyəti ilə qılınmasını buyurublar. Bəzi müctəhidlər isə (məsələn, Ayətullahül-üzma Sistani və mərhum Təbrizi) ehtiyati-müstəhəbə görə nə əda, nə də qəza niyyəti etməməyi, "ma fiz-zimmə" (boynumda olan vəzifə) niyyəti ilə qılmağı hökm etmişlər.

Milli.Az