Gecə namazını gecənin hansı hissəsində qılmaq lazımdır?

18 Sentyabr 2019 21:50

Gecə namazı İslamda çox bəyənilən namazdır. Qılınması vacib deyil, müstəhəbdir və hədsiz savabı var. Gecə namazı işa namazından sonra sübh azanına kimi müddət ərzində qılına bilər. Gecənin ikinci yarısında, xüsusilə, son üçdən-bir hissəsində qılınması daha yaxşıdır. Bu vaxtı hesablamaq üçün məğrib azanının vaxtından sabahkı sübh azanına kimi müddəti 3 yerə bölmək lazımdır. Məğrib azanından vaxtın üçdən-iki hissəsi keçəndən sonra gecə namazının müstəhəb vaxtı başlayır və sübh azanına kimi davam edir.

Milli.Az