Qurani-kərimdə səhabələrdən hansı birinin adı çəkilib?

18 Sentyabr 2019 22:50

Qurani-kərimdə bir çox səhabələrə işarələr edilib və bəzi ayələr müəyyən səhabələrin haqqında nazil olub (Məsələn, Həzrət Əli, Fatimə, Aişə, Əbu Bəkr, Abdullah ibn Məsud, Əmmar ibn Yasir və b.). Amma heç bir səhabənin və Peyğəmbərin heç bir qohumunun adı birbaşa Quranda çəkilmir, yalnız o həzrətin oğulluğu Zeyd ibn Harisədən savayı (Əhzab surəsi, 37-ci ayə).

Milli.Az islam.az-a istinadən bildirir ki, Zeyd Kəlb qəbiləsindən idi, cahiliyyə döv­ründəki qəbilə müharibələri nəticəsində əsir düşmüşdü. Həzrət Xədicənin qardaşı oğlu onu satın alıb öz bibisinə (Xədicəyə) bağışlamış, Xədi­cə də Zeydi Həzrət Mühəmmədə (s) hədiy­yə etmişdi. Peyğəmbər Zeydi azad edib oğulluğa götürdü.

Zeyd İslamı qəbul etmiş ən birinci şəxslərdən sayılır. O, Xədicədən və Əli ibn Əbu Talibdən (ə) sonra iman gətirmiş və sayca üçüncü müsəlman olmuşdu.

Zeyd Həzrət Mühəmməd Peyğəmbərin (s) öz bibisi qızı Zeynəb bint Cəhşlə evlənmiş, sonra onu boşamışdı. Hicrətin 8-ci ilində (miladi 629-cu il) baş vermiş Mötə savaşında Zeyd Bizans ordusu tərəfindən şəhid edildi. Yaşının 50-55 arasında olduğunu yazırlar.

Milli.Az