Məsciddə hansı əməlləri etmək bəyənilmir?

18 Sentyabr 2019 23:50

Məsciddə bəzi əməlləri etmək məkruhdur, yəni bəyənilməzdir. Məsələn, sarımsaq və soğan yeyib məscidə gəlmək, natəmiz halda və tər qoxusu verən paltarda məscidə gəlmək, məsciddə yatmaq, yemək, dini mövzulardan başqa söhbət etmək, dünya işləri ilə məşğul olmaq, məscidi zibilləmək məkruhdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, məsciddə uca səslə danışmaq da xoş qarşılanmır, amma azanı ucadan söyləmək istisnadır. Məscidə əqli problemi olan adamı gətirmək də bəyənilmir. Həmçinin, əgər uşaq namaz qılanlara maneçilik törədəcəksə və ya məsciddə natəmizlik yaradacaqsa, onu da məscidə gətirmək məkruhdur. Amma əgər bu halların baş vermə ehtimalı olmasa, uşağı məscidə gətirməyin eybi yoxdur; çünki bu, uşağın dinə alışmasına, namazla tanış olmasına səbəb olur.

Milli.Az