“Müsnəd kitabı” hansı kitabdır və “müsnəd” sözü nə deməkdir?

16 Sentyabr 2019 23:15

Müsnəd - hədis kitablarının bir növüdür. Ərəb dilindən tərcüməsi "əsaslanmış, isnad edil­miş", yaxud "sənədinə əsasən toplanmış" mənalarını verir. Eyni bir ravi tərəfindən rəvayət edilmiş hədislərin toplumuna müs­nəd deyilir. Bəzi kiçik həcmli müsnədlərdə yalnız bir və ya bir neçə səhabənin rəvayət etdiyi hədislər cəmlənir. Lakin elə irıhəcmli müsnədlər də var ki, orada yüzlərlə səhabənin rəvayəti müəyyən ardıcıllıqla sıra­lanır. Müsnədlərdə hədislərin sıralanma prinsipi sənədə əsaslanır. Yəni sənəd zəncirində Peyğəmbərdən sonra duran ilk ravinin rəva­yət etdiyi hədislər bitdikdən sonra başqa ravinin hədislərinə keçirlər. Ravilərin adı ya əlif­ba sırasına, ya da fəzilət dərəcəsinə əsasən düzülür.

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam tarixi boyunca "Müsnəd" adı altın­da çoxlu kitab tərtib edilib. İlk müsnəd müəllifi Əbu Davud Süley­man ibn Davud Təyalisi (vəf. miladi 819-cu il) sayılır. Hümeydi, Əbu Yəla Mosuli, İshaq ibn Rahiveyh, Əbu Şeybə, Bəzzar, Təbərani, İmam Şafii və başqa alimlər müsnədlər tərtib etmişlər. Ən məşhur müsnəd hənbəli məzhəbinin banisi İmam Əhməd ibn Hənbəl tərəfindən qələmə alın­ıb. 30 mindən artıq hədisin toplandığı bu kitabda əvvəlcə raşidi xəlifələ­rin, sonra isə ən məşhur səhabələrin rəva­yətləri verilib. Bundan sonra ravilər məkkə­li, mədinəli, şamlı, kufəli, bəsrəli olmaq üzrə qruplar şəklində təqdim ediliblər.

Milli.Az