Məşhur futbolçunun meneceri korrupsiyaya görə saxlanıldı

11 Sentyabr 2019 19:39

Real Madrid-in və Belçika millisinin qapıçısı Tibo Kurtuanın meneceri Kristof Henrotay saxlanılıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Henrotay Monako şəhərində korrupsiya və "çirkli pullar"ın yuyulmasında şübhəli şəxs kimi saxlanılıb.

Belçika Federal Prokurorluğu da Henrotayın polis tərəfindən saxlanıldığını və hazırda nəzarətdə olduğunu təsdiqləyib.

Milli.Az