Xaçmaz-Xudat yolunda qəza: 5 nəfər xəsarət aldı

11 Sentyabr 2019 16:03

Xaçmaz-Xudat yolunda baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Milli.Az