Kübra müəllimi öldürən keçmiş həyat yoldaşı: Onu hələ də çox sevirəm - FOTO

11 Sentyabr 2019 16:05

Türkiyənin Mersin vilayətində 14 fevral günü keçmiş həyat yoldaşı, müəllim 37 yaşlı Kübra Aşkını öldürən Davut Demirin məhkəmə prosesi olub.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, prosesdə günahını etiraf edən 41 yaşlı Davut Demir "Hadisəni inkar etmirəm. Mən onu qətlə yetirdim. Bir anlıq qəzəbimə yenildim. Onu hələ də çox sevirəm" deyib. 

Qeyd edək ki, cütlük 2 il əvvəl boşanmışdılar.

Məhkəmə təxirə salınıb.

Məhəmməd Vaqif
Milli.Az