Azərbaycanla Sverdlovsk vilayəti arasında müzakirə: Maşınqayırma sahəsi...

11 Sentyabr 2019 18:19

Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti arasında qaldırıcı kran istehsalı üzrə birgə müəssisənin yaradılması üzrə danışıqlar aparılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Sverdlovsk vilayəti maşınqayırma sahəsində böyük potensiala malikdir:

"Birgə müəssisənin Kalinin adına maşınqayırma zavodu ilə birgə yaradılması planlaşdırılır. Azərbaycanın aparıcı müəssisələri bu məsələyə maraq göstərir. Ümid edirəm ki, danışıqlar bu məsələdə irəliləyişə gətirib çıxaracaq".

Milli.Az