Məşhur film yenidən ekranlaşdırılacaq

11 Sentyabr 2019 23:00

"Paramount Pictures" kinostudiyası rejissor Con Vunun "Sifətsiz" (1997) filmini yenidən çəkməyi planlaşdırır. Xatırladaq ki, orijinal filmdə baş rolları Nikolas Keyc və Con Travolta ifa ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, filmin yeni variantı üzərində "Forsaj" filminin prodüseri Nil Morits, eləcə də birinci filmdə işləmiş Devid Permut çalışacaqlar, ssenarisini Oren Uzil yazacaq.

Orijinal "Sifətsiz" filmində cinayətkar Kastor Troy (Keyc) ilə Federal Təhqiqatlar Bürosunun agenti Şon Arçerin (Travolta) mübarizəsindən danışılır. Şon Arçer Kastor Troyu dayandırmaq və oğlunun ölümünə görə ondan qisas almaq üçün şəxsiyyətini dəyişdirmək üzrə mürəkkəb cərrahiyyə əməliyyatına razılıq verir.

1997-ci ildə Con Vunun "Sifətsiz" filminin prokatı çox uğurlu olub. Filmin büdcəsi 80 milyon dollar olduğu halda, prokatda 245 milyon dollar toplayıb.

Yeni variantda baş rollarda hansı aktyorların çəkiləcəyi, habelə rejissorun adı açıqlanmır.

Milli.Az