Hindistan prezidentinin oğluna "yox" deyən xalq artistimiz ÜZƏ ÇIXDI - FOTO

11 Sentyabr 2019 14:37

Xalq artisti Elmira Rəhimovadan xəbər var.

Milli.Az xəbər verir ki, əməkdar artist Teymur Əmrah çoxdandır efirlərdə görünməyən 78 yaşlı xanım sənətkarın evində qonaq olub.

Teymur Əmrah Elmira Rəhimova ilə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabından paylaşıb.

Qeyd edək ki, təxminən üç ay öncə xalq artisti "Hər şey daxil"ə "Hindistan prezidentinin oğlu mənə evlilik təklif etmişdi, lakin razı olmadım" etirafı ilə təəccübləndirmişdi.

Təhməz Təkin
Milli.Az