Müğənninin əri toy gecəsi xəstəxanalıq oldu

11 Sentyabr 2019 16:21

Ötən gecə türkiyəli müğənni Aylin Coşqun sevgilisi Volkan Aslanla toy edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, lakin cütlüyün toy gecəsi istənilən kimi olmayıb.

Belə ki, gec saatlarda xəstələnən Volkan xəstəxanaya aparılıb.

Bu barədə Aylin Coşkun İnstaqram "Story"də paylaşım edərək, "Təbii ki, xəstəxanadayıq" sözlərini yazıb.

Qeyd edək ki, cütlük 15 ildir sevgilidir.

Milli.Az