Ana 2 körpəni doğum evinin pəncərəsindən atdı - Qüsurlu doğulduğuna görə

11 Sentyabr 2019 16:07

Özbəkistanın şərqindəki Namanqan bölgəsində qadın qüsurlu doğulan qız uşağından xilas olmaq məqsədilə özünün və başqasının uşağını doğum evinin pəncərəsindən atıb. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, doğum evinin arxa həyətində ağır xəsarətlərlə iki yeni doğulmuş qız uşağı tapılıb. Körpələr xəstəxananın xüsusi reanimasiya şöbəsinə yerləşdirilsələr də, onları xilas etmək mümkün olmayıb.   

Baş Prokurorluqdan bildirilib ki, ilkin istintaq zamanı xəstələrdən birinin doğulan qız övladının ayağında qüsur olması səbəbindən ondan xilas olaraq cinayətin üstünü örtmək istədiyi müəyyən olunub. O, doğum evinin ikinci mərtəbəsindən öz körpəsini və onunla eyni palatada olan başqa bir qız uşağını pəncərədən atıb. 

Faktla əlaqədar rayon prokurorluğundan bildirilib ki, ananın körpəsinə qarşı "qəsdən adam öldürmə" və doğum evinin məsul şəxslərinə qarşı "peşə vəzifələrini lazımınca yerinə yetirməmək" maddələri ilə cinayət işi başlanılıb.

Milli.Az