Hipertoniyanın yeni forması kəşf edildi - Bağırsaqdan başlayır

11 Sentyabr 2019 21:50

Alimlər son elmi tədqiqatların nəticəsi olaraq elan ediblər ki,  bu xəstəliyin inkişafına səbəb bağırsaq çöpləridir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Florida ştatının tibb kollecinin əməkdaşları Amerikanın ürək xəstəlikləri Assosiasiyasının konfransında yeni tədqiqatlarının elmi nəticəsini açıqlayıblar.

Professor Bryus Stivensin qrupu 104 insanın nəcis analizləri üzərində bağırsaq çöplərinin DNT-si ayıraraq təhlil edib. 

Süni intelekt vasitəsilə alimlər tapıb ki, həm depressiya, həm yüksək təzyiqdən əziyyət çəkən insanların  bağırsağında bağırsaq çöpləri var və bu bakteriyalar unikal kompozisiyaya, DNT dəyişiminə malikdir. 

Eyni zamanda depressiya və ya hipertoniyanın birindən əziyyət çəkən insanların da bağırsaq mikrobları bir-birindən fərqlənir. 

Professor sübut edib ki, məhz bu bakteriyaların təsirindən müxtəlif molekullar hasil olunur ki, nəticədə qan təzyiqini yüksəldən bioloji mexanizmlər işə düşür. 
Bu fərqli molekullar ürək-damar və sinir sistemini, maddələr mübadiləsini də dəyişə bilir.

"Biz əminik ki, hipertoniyanın yeni formasını və fərqli yaranma səbəbini açıqladıq. Bunun adı "depressiv hipertoniyadır" və sadəcə hipertoniyadan fərqlənir.  Ona görə bu hipertoniyanın müalicəsi də fərqli olmalıdır, xüsusən bağırsaqlardan başlanmalıdır".

Beləliklə, alimlər həkimlərin qarşısında təzyiqi müalicə etmək üçün məhz bağırsaqlara təsir etməyi vəzifə olaraq qoyur.

Milli.Az