Rəqqasə Fatiməyə vəsiqə verildi - FOTO

11 Sentyabr 2019 15:58

Rəqqasə Fatimə Fətəliyeva öz sevincini izləyiciləri ilə bölüşüb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, o, yeni aldığı vəsiqəsinin fotosunu "İnstagram" izləyiciləri ilə bölüşüb.

Fatimə görüntünü belə şərh edib:

"Bakı şəhəri Mədəniyyət Baş idarəsinin estrada solisti olaraq rəsmi vəsiqəmi aldım. Bütün kollektivə təşəkkür edirəm. Azərbaycan incəsənətində 22 ildə çəkdiyim əziyyətlərimin mükafatını aldıqca, daha da qururlanıram".

İzləyicilər bu münasibətlə rəqqasəni təbrik ediblər.

Milli.Az