Həyatı uzadan məhsul

11 Sentyabr 2019 22:20

Çili bibərinin istehlakı insan həyatını 12-14% uzatmağa yardım edə bilər.

Alimlərin fikrinə görə, çilinin qidalanmada müntəzəm olaraq olması xərçəng, ürək-damar sistemi xəstəlikləri və nəfəsalma problemləri ilə bağlı olan ölüm riskini azaldır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunu Harvard Universiteti alimləri araşdırıblar.

Alimlər yaşı 30-79 arasında olan 487 375 insanın qidalanma və sağlamlıq göstəriciləri haqqında məlumatları araşdırıblar.

Araşdırmanın müəllifləri aşkar ediblər ki, çili istehlak edən insanlar arasında uzunömürlülərin sayı 14% daha çoxdur. 

Milli.Az