Yaşıl işıq yanır, taksilər keçməyə imkan vermir - "20 Yanvarda" xaos - VİDEO

11 Sentyabr 2019 14:50

20 Yanvar dairəsi adlanan ərazinin problemləri bitib tükənmir.

Milli.Az xəbər verir ki, oxuculardan biri avtosfer.az saytına videogörüntü təqdim edərək şikayət ünvanlayıb. Onsuz da, hərəkətin sıx olduğu ərazidə digər yol hərəkəti iştirakçılarına maneə törədən taksi sürücüləri yenə öz ampulasındadır. Moskva prospektindən 20 Yanvar dairəsinə daxil olmaq üçün ayrıca zolaq var və daimi yaşıl işıq yanır. Amma taksi sürücüləri həmin zolağı dayanacağa çevirib.

Nəticədə digər sürücülər əziyyət çəkir. Sürücülər yalnız ümumi yaşıl işıq yananda ikinci zolaqla sağa dönə bilirlər. Bu isə əlavə yük olduğu üçün yolda sıxlıq olur. Nəticədə uzun tıxaclar yaranır. Bəzən isə ikinci zolaq da "dayanacağa" çevrilir. Bu zaman isə yaranmış vəziyyət daha acınacaqlı olur.

Videogörüntüləri təqdim edirik və ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı müvafiq tədbirlər görəcək.

Milli.Az