7 otaqlı evdə yanğın

11 Sentyabr 2019 13:55

Gədəbəydə 7 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qaradağ kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 40 m² və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az