Əməkdar artist əməliyyat olundu

11 Sentyabr 2019 12:38

Rusiyanın Əməkdar artisti, müğənni Aleksandr Rozenbaum əməliyyat olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı Moskva şəhərində Gertsen adına Elmi-Tədqiqat Onkologiya İnstitutunda əməliyyat masasına uzanıb. Xərçəngdən əziyyət çəkən Rozenbaum şiş əməliyyatı keçirib.

"O, şişin aradan qaldırılması əməliyyatını uğurla keçirdi", - agentliyin həmsöhbəti deyib.

Milli.Az