MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb

11 Sentyabr 2019 12:20

Cari ilin avqust ayında iyul ayına nisbətən dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qeyd edilən müddətdə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.

Qeyd edək ki, cari ilin avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, tibbi və stomatoloji xidmətlərin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri də bahalaşıb.

Dövlət Statistika Komitəsinin hüsabatına əsasən, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Milli.Az