"Heç vaxt kişiyə diqqət ayırmayın" - Oksana

11 Sentyabr 2019 13:46

Rəqqasə Oksana Rəsulova sosial şəbəkədə kişilərlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi öz fotosunu yayımlayaraq "Heç vaxt kişiyə diqqət ayırmayın. Özünüzə qulluq edin. Onda kişi sizə diqqət ayıracaq" sözlərini yazıb.

Oksananın paylaşımına izləyiciləri də biganə qalmayıblar. Onlar rəqqasəyə suallar ünvanlayıb, fikirlərini bölüşüblər.

Rəsulova yazılan "Mən də özümə diqqət ayırmıram, çünki şübhələrim yoxdur" sözlərinə "Mənim də şübhələrim yox idi, amma" cavabını verib.

Qeyd edək ki, Oksana bir il bundan əvvəl ana olub. O, gizli ərə getdiyini açıqlamışdı.

Milli.Az