Vaşinqton sammiti 1 dəqiqəlik sükutla başladı - FOTO
13 Aprel 2010 20:04
Milli.Az-ın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, sammitdə Smolensk qəzasında həlak olan Polşa prezidenti Lex Kaçinski və onun xanımı, habelə digər şəxslərin xatirəsinə 1 dəqiqəlik sükut elan olunub.
"Biz Polşa prezidenti Lex Kaçinski, birinci ledi və nümayəndə heyətinin itkisindən kədərlənmişik. ABŞ Polşanın sadiq tərəfdaşı olub və olacaq"- deyə sammiti açan ABŞ prezidenti barak Obama bildirib.
Qeyd edək ki, nüvə təhlükəsizliyi üzrə növbəti sammit 2012-ci ildə Cənubi Koreyada keçiriləcək.
Milli.Az
