Azərbaycanın məşhur muğam ifaçısı vəfat etdi

11 Sentyabr 2019 09:51

Məşhur muğam ifaçısı Həbib Rəhimov dünyasını dəyişib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə tanınmış şair, professor Vüqar Əhməd məlumat verib.

Onun sözlərinə görə, H.Rəhimov uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, mərhumun yaxınlarına səbr diləyib.
Qeyd edək ki, Həbib Rəhimov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

Allah rəhmət eləsin!

Milli.Az