Sərnişin təyyarəsi məcburi eniş edib - 176 sərnişin...

11 Sentyabr 2019 09:01

"Swoop" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Ebbotsford şəhərində (Britaniya Kolumbiyası əyaləti) məcburi eniş edib.

Milli.Az bildirir ki, Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, təyyarənin məcburi eniş etməsinə səbəb quşla toqquşması olub.

Məlumata əsasən, təyyarənin göyərtəsində 176 sərnişin olub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Milli.Az