Con Boltonu o əvəzləyəcək

10 Sentyabr 2019 23:18

Çarli Kappermen ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin səlahiyyətlərinin müvəqqəti icraçısı olacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ağ Evdən bildirilib.

Kappermen ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun müavini idi.

Xatırladaq ki, daha əvvəl Con Bolton istefaya göndərilib.

Milli.Az