Aşura günü Kərbəlada da FACİƏ YAŞANDI - 35 ölü, 100-dən çox yaralı

10 Sentyabr 2019 18:11

İraqın Kərbəla şəhərində təşkil edilən Aşura günü ilə bağlı mərasim zamanı piyada keçidi çöküb. Nəticədə azı 35 nəfər həyatını itirib. 100-dən çox yaralı var.

Milli.Az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. Əraziyə xilasedicilər cəlb edilib.

Güman edilir ki, piyada keçidinin çökməsinə tikilinin nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.

Milli.Az