Göydəki Aya baxanda salavat söyləmək ənənəsi nəyə əsaslanır?

12 Sentyabr 2019 21:15

İslam ənənəsinə görə, Aya baxarkən və gül qoxulayarkən Peyğəmbərə (s) və nəslinə salavat söyləyirlər. Gül qoxulayarkən salavat deməyin səbəbi Peyğəmbərin mübarək çöhrəsini gülə bənzətməkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Aya baxarkən salavat söyləməyin də səbəblərindən biri budur. İslam düşüncəsində bədrlənmiş Ay gözəllik və kamillik rəmzi sayılır, buna görə də bədrlənmiş Aya baxarkən kamillik nümunəsi olan Peyğəmbəri yada salır və salavat söyləyirlər. İkinci səbəb Peyğəmbərin "şəqqül-qəmər" möcüzəsi ilə bağlıdır. Məkkə müşriklərinin tələbinə cavab olaraq, Peyğəmbərimiz barmağı ilə Aya işarə etmiş və Ay iki yerə bölünmüşdü. Bu hadisənin xatirəsi olaraq, müsəlmanlar Aya baxanda Peyğəmbərin həmin möcüzəsini yada salır və Ona salavat deyirlər.

Milli.Az