Komitə sədri: "Yol kənarında ehsan verilməsi insanların öz istəyidir"

10 Sentyabr 2019 17:14

"Yol kənarlarında ehsan masalarının qurulması insanların öz istəklərinə bağlıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirərkən deyib.

M.Qurbanlı qeyd edib ki, insanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil:

"Sovet dövründə də var idi, indi də var. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacam, kimsə deyir halva paylayacam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu, insanların şəxsi istəyidir və bununla təskinlik tapırlar".

Milli.Az