Sentyabrın 18-dən 27-dək Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı keçiriləcək.
Milli.Az xəbər verir ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı idmançılar körpücük üzərinə çıxacaqlar:
Qadınlar: Səbinə Əzimova (55 kq) və Boyanka Kostova (59 kq);
Kişilər: Nailxan Nəbiyev (96 kq).
Milli.Az