Azərbaycanlı aparıcı AĞIR ƏMƏLİYYATA GİRDİ - Üçü birdən olacaq - FOTO

10 Sentyabr 2019 13:20

Aparıcı-aktrisa Könül Yusif qızı bu dəqiqələrdə əməliyyat olunur.

Milli.Az xəbər verir ki, Könül üzərində eyni anda üç əməliyyat icra ediləcək. Özəl klinikalardan birində baş tutan əməliyyat zamanı aparıcının illər öncə dodağına etdirdiyi dolğu çıxarılacaq. 

Milli.Az-a açıqlamasında ödündə daş olduğunu bildirən Könül ikinci əməliyyatının bununla bağlı olacağını deyib. Aparıcının üçüncü əməliyyatı isə son zamanlar yerli məşhurlarımızın tez-tez üz tutduğu - bədən şəkilləndirmə əməliyyatı olacaq.

Təhməz Təkin
Milli.Az