Bakı və Şəmkirin bəzi qəsəbələrində qaz olmayacaq

10 Sentyabr 2019 11:53

Sentyabrın 10-da saat 12:00-dan etibarən "Zabrat-əhali" orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB-dən Milli.Az-a verilən məlumata əsasən, gün ərzində "Zabrat-2", Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.

Milli.Az