Boksçumuz Avropa üçüncüsü oldu

10 Sentyabr 2019 10:04

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.

81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.

Milli.Az