Bank Respublika və INNOLAND "Open Banking Lab" layihəsinə qeydiyyata başladı

9 Sentyabr 2019 16:10

Bank Respublika və  Azərbaycan Respublikasının Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün "Open Banking Lab" layihəsinə qeydiyyata başlayır:

İnkubasiya proqramında iştirak meyarları aşağıdakı kimidir:

Layihədə iştirak etmək istəyənlər 04 oktyabr 2019-cu il tarixinə kimi aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərlər:

http://openbanking.innoland.az

İlkin seçmə mərhələsini keçən fintex-startaplar İnkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq "Bank Respublika" ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.

16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.