Şou-biznesin iki məşhur siması barışdı - FOTO

9 Sentyabr 2019 10:24

Xalq artisti Faiq Ağayevlə Əməkdar artist Tünzalə Ağayeva arasındakı küsülülük bitib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənnilər çəkilişlərdən birində üz-üzə gəliblər.

İfaçıların məkandan çəkilən fotosunu Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yayımlayıb. Yan-yana dayanan Ağayevlərin səmimi münasibəti nəzərdən qaçmayıb.

Fotoda şou-biznesin bir çox tanınmış siması da yer alıb.

Qeyd edək ki, Faiq və Tünzalə arasındakı soyuqluq "Səs Azərbaycan" layihəsindən başlamışdı. Daha sonra onlar "ATV maqazin onlarla" verilişində küsülü olduqlarını etiraf etmişdilər.

Milli.Az