Çində bir nəfər zəlzələdən xəsarət alıb

8 Sentyabr 2019 08:49

Çinin Siçuan vilayətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 06:42-də Veyyuan qəzasında baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Mərkəz bir binanın dağıldığını və xəsarət aldığını dağıldığını bildirir.

Milli.Az