"Cənub Qaz Dəhlizi" Avropanın qaz bazarının perspektivlərini artırır - Səfir

8 Sentyabr 2019 08:06

Xəzər qazının "Cənub Qaz Dəhlizi" və Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə nəqli Avropanın təbii qaz bazarını çox perspektivli edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos deyib.

Səfir bildirib ki, tərəflər Azərbaycan qazının növbəti onilliyin sonunadək Qərbi Avropaya çatması üçün çalışır.

Onun sözlərinə görə, Yunanıstan regionda enerji təhlükəsizliyinə nail olmaq və enerji marşrutlarının şaxələndirilməsi üçün "Şaquli qaz dəhlizi"nin tətbiq olunmasını dəstəkləyir.

N.Kanellos əlavə edib ki, Yunanıstan-Bolqarıstan interkonnektoru "Şaquli qaz dəhlizi"nin ayrılmaz hissəsi kimi təkcə Yunanıstan və Bolqarıstan üçün deyil, həm də Avropa İttifaqının enerji strategiyası üçün prioritet layihədir.

Milli.Az