İdman gimnastımız bürünc medal qazandı

7 Sentyabr 2019 17:27

Gürcüstanın Batumi şəhərində idman gimnastikası üzrə beynəlxalq yarış keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycan yığma komandasının gənc gimnastları Ağamurad Qəhrəmanov, Sərvər Əliyev və Milana Minakovskaya iştirak ediblər.

Kişi gimnastımız Ağamurad ən yaxşı nəticəsini turnikdə göstərib. Belə ki, idmançımız bu alətlə proqramını uğurla icra edərək, bürünc medala sahiblənib.

Qadınlar arasında təmsilçimiz Milana isə 3 final mərhələsində çıxış edib. O, müxtəlif hündürlüklü qollarda 5-ci, gimnastika tiri və sərbəst hərəkətlərdə 6-cı yerdə qərarlaşıb. Çoxnövçülük xallarına əsasən isə Milana 4-cü olub.

Milli.Az